Salyanda "patı" satanlar saxlanıldı

KRİMİNAL
19:49 15.09.2021
450
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Elşən Quliyev və Nahid Qurbanov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı "patı" kimi tanınan psixotrop maddə metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR