Salyanda silahlı insident olub - Xəsarət alanlar var

Salyanda silahlı insident olub -  Xəsarət alanlar var
Bütün Xəbərlər
13:25 04.04.2014
732
Salyanda silahlı insident olub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 3-də Salyan rayonunun Dağüstü kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayon sakini Fazil Məmmədov münaqişə zəminində ov tüfəngindən atəş açaraq Həsənli kənd sakini Səfa Cəfərova ayaq nahiyəsindən xəsarət yetirib.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Məmmədov tutulub, ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
OXŞAR XƏBƏRLƏR