Salyanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Salyanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
SOSİAL
18:45 30.01.2022
286
Salyanda yaşayış binasında yanğın olub.

Bu barədə AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR