Salyanda yaşlı ər və arvad amansızcasına qətlə yetirildi

Salyanda yaşlı ər və arvad amansızcasına qətlə yetirildi
Bütün Xəbərlər
11:52 29.04.2014
942
Azərbaycanın Salyan rayonunda dəhşətli qətl törədilib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.
Kənd sakinləri, 1939-cu il təvəllüdlü Zəkulla Nəzər oğlu Rəcəbov və onun həyat yoldaşı, 1940-cı il təvəllüdlü Gülnarə Emrul qızı Rəcəbovanın yaşadıqları evdə qətlə yetirilmiş meyitləri tapılıb.
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR