SAM-da konfrans keçiriləcək

SAM-da konfrans keçiriləcək
MEDİA
02:14 29.08.2011
1843

Oktyabrda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) ümumrespublika konfransı keçiriləcəkdir. AzərTAc xəbər verir ki, konfrans Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı elan edilmiş müsabiqənin yekunlarına həsr olunacaqdır. Konfransda qaliblər mükafatlandırılacaq və ən yaxşı işlərin toplu şəklində çap edildiyi kitabın təqdimatı keçiriləcəkdir. Müsabiqənin məqsədi Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların aşkara çıxarılmasıdır. Cari ilin iyulunda elan edilmiş ümumrespublika müsabiqəsində Bakıda və regionlarda, ali təhsil müəssisələrində ictimai və humanitar elmlər sahəsində əyani təhsil alan bakalavr və magistrlər, eləcə də AMEA-nın və respublikanın digər elmi-tədqiqat institutlarında çalışan, qiyabi təhsil alan magistrlər iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR