SAM-ın eksperti Vaşinqton Universitetində araşdırma aparacaq
Bütün Xəbərlər
12:16 13.09.2011
1370
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rauf Qaragözov, təcrübəli alimlər üçün ABŞ-ın ən nüfuzlu universitetlərində və digər təhsil müəssisələrində işləmək imkanı yaradan Fulbrayt (Fulbright) proqramını qazanıb. SAM-ın mətbuat xidmətindən verilən məlumata görə, qurumun əməkdaşı Proqram çərçivəsində Vaşinqton Universitetində 9 ay müddətində Sosial və Siyasi psixologiya istiqaməti üzrə “Münaqişələrin həllində narrativlərin rolunun öyrənilməsi” mövzusunda tədqiqatlar aparacaq. Birləşmiş Ştatların Dövlət Departamenti Fulbrayt proqramına görə tam məsuliyyət daşıyır.Proqram ABŞ səfirliyi tərəfindən idarə olunur.