SAM-ın əməkdaşı Ankarada Əfqanıstana həsr edilən konfransda çıxış edəcək

SAM-ın əməkdaşı Ankarada Əfqanıstana həsr edilən konfransda çıxış edəcək
Bütün Xəbərlər
11:45 17.07.2013
911

İyulun 18-19-da Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Zaur Şiriyev Orta Doğu Texniki Universitetinin NATO-nun Sülh və Təhlükəsizlik Elmi Proqramının dəstəyi ilə keçirəcəyi “2014-cü il sonrası Əfqanıstan” başlıqlı beynəlxalq konfransda məruzə ilə çıxış etmək üçün Ankaraya səfər edəcək.

SAM-ın mətbuat xidmətindən bildiriblər ki, konfransda Əfqanıstandan NATO qoşunlarının çıxarılması, ölkənin daxili və xarici siyasətinin müxtəlif aspektləri, qonşu ölkələrin Əfqanıstanda sabitliyin bərqərar olunmasındakı rolu və digər məsələlər müzakirə olunacaq.Tədbirdə Zaur Şiriyev “Cənubi Qafqaz ölkələrinin post 2014 Əfqanıstan strategiyası” mövzusunda məruzə edəcək.

OXŞAR XƏBƏRLƏR