SAM-ın nümayəndə heyəti ABŞ-da rəsmi səfərdədir - FOTOLAR

SAM-ın nümayəndə heyəti ABŞ-da rəsmi səfərdədir - FOTOLAR
Siyasət
13:10 30.04.2013
2669
ABŞ-da rəsmi səfərdə olan SAM-ın nümayəndə heyəti gəlişinin ilk günü bir sıra konfranslar və görüşlər keçirib.
ABŞ-ın nüfuzlu beyin mərkəzi olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) "İran-Azərbaycan münasibətləri və Qafqazda strateji rəqabət” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş nitqi ilə Endryü Kuçins (CSIC) və Fərhad Məmmədov (SAM) açmışlar.
"İran-Azərbaycan Münasibətlərinin Cari Dinamikası” mövzusuna həsr edilmiş birinci sessiyada SAM-ın direktoru Fərhad Məmmədov, millət vəkili Asim Mollazadə, Xarici siyasət məsələlərinin təhlili şöbəsi aparıcı elmi işçisi Heydər Mirzə, Yaxın Şərq İnstitutunun elmi işçisi Aleks Vatanka və "İran-Azərbaycan Əlaqələri: Regional və Beynəlxalq Təsirlər” mövzusuna həsr edilmiş ikinci sessiyada isə qonaq elmi işçi Lu Ksianq və "Turkish Policy Quarterly” jurnalının baş redaktoru Nigar Göksel mühazirələrlə çıxış etmişlər.
Brukinqs İnstitutunda "Cənub enerji dəhlizi: geostrateji oyun qaydalarını dəyişir?” mövzusuna həsr edilmiş konfransını giriş nitqi ilə TUSIAD-ın baş elmi işçisi Kemal Kirisci və SAM-ın direktor müavini Gülşən Paşayeva açmışlar. "TANAP və onun Avropada rolu” mövzusuna həsr edilmiş birinci sessiyada XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Avropa enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsi”, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva "TANAP-ın texniki, kommersiya və geosiyasi reallıqları”, Brukinqs İnstitutu, Enerji Təhlükəsizliyi Direktoru Çarli Ebinger "Avropa enerji təhlükəsizliyi landşaftının dəyişməsi və onun Cənub Dəhlizi üçün nəticələri” və "Cənub Dəhlizinin Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizlik və inkişafı sürətləndirmək üçün imkanları” mövzusuna həsr edilmiş ikinci sessiyada Corc Town Universitetinin qonaq elmi işçisi Brenda Şaffer, Atlantik Şuranın qonaq baş elmi işçisi Adnan Vatansever və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov "Dənizə çıxışı təmin edənlərin enerji siyasəti” mövzularında çıxışlar etmişlər.
Bundan əlavə İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı ABŞ-ın beyin mərkəzi Peterson İnstitutunda (Peterson Institute for International Economics) görüş keçirmişdir. Görüşdə Vüsal Qasımlının Almaniyada nəşr olunan "Resursla zəngin ölkələr: Modernizasiya və diversifikasiya" kitabı da təqdim edilmişdir. V.Qasımlı Azərbaycan iqtisadiyyatında karbohidrogen gəlirlərindən istifadə sahəsində əldə edilən uğurlar, iqtisadiyyatın diversifikasiyası və modernləşdirilməsi sahəsində aparılan siyasət barədə məlumat verib. Görüşdə Peterson İnstitutunun baş elmi işçi Anders Åslund transformasiya dövrünü yaşayan ölkələrin təcrübəsini geniş təhlil edib. Peterson İnstititu və SAM arasında elmi əməkdaşlıq perspektivləri də müzakirə olunmuşdur.
Daha bir görüş Atlantik Şurada (Atlantic Council) keçirilmişdir. Görüşdə SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili-Əliyev, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva, Daxili siyasətin təhlili şöbəsinin baş elmi işçisi Rauf Qaragözov iştirak etmişlər. Görüş əsnasında ABŞ – Azərbaycan münasibətləri, regionda cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparılmışdır.
Xatırladaq ki, 29 aprel – 8 may tarixlərində 15 nəfərdən ibarət Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti ABŞ-da rəsmi səfərdə olacaq.
Səfər zamanı ABŞ-ın 7 şəhərində nüfuzlu beyin mərkəzləri və universitetlərdə 20 konfrans, görüş və mühazirə nəzərdə tutulmuşdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
Məşhur meyxanaçı Azərbaycandan getdi
10:54 28.08.2025
Məşhur meyxanaçı Azərbaycandan getdi
Sabah daha 3 itkin-şəhid dəfn olunacaq
10:48 28.08.2025
Sabah daha 3 itkin-şəhid dəfn olunacaq
Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bu gün bəlli olacaq
10:32 28.08.2025
Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bu gün bəlli olacaq
DYP-dən küləkli hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
10:21 28.08.2025
DYP-dən küləkli hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT