SAM-ın nümayəndə heyəti Çinə səfər edəcək

SAM-ın nümayəndə heyəti Çinə səfər edəcək
Bütün Xəbərlər
11:00 24.08.2013
738

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan – Çin əlaqələri” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Pekin şəhərinə səfər edəcək.

AZXEBER.COM-a SAM-ın mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə mərkəzin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov və mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova daxildir.ÇXR-nin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Araşdırma İnstitutu tərəfindən təşkil edilən konfrans çərçivəsində SAM-ın çin dilində nəşr etdiyi “Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitabın təqdimatı da planlaşdırılır.Xatırladaq ki, cari ilin yanvar ayında SAM-ın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər zamanı mərkəzin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə azərbaycanlı mütəxəssislər Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunda, ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında olmuş, strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və mütəxəssisləri ilə görüşüb, iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, regional xarakterli məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, dərin tarixi köklərə malik əlaqələrin daha da möhkəmləndirilməsi üçün hər iki ölkənin imkanları müzakirə edilib.SAM və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalayıblar.

OXŞAR XƏBƏRLƏR