Şamaxı və Kürdəmir rayonlarının da qaz təchizatında məhdudiyyətlər olacaq

Şamaxı və Kürdəmir rayonlarının da qaz təchizatında məhdudiyyətlər olacaq
Bütün Xəbərlər
10:15 30.03.2012
840

Şamaxı və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

AZXEBER.CM ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq 30 mart 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Ağsu" qazpaylayıcı stansiyasından qidalanan "Kürdəmir" qaz kəmərinin, saat 09:00-dan 19:00-dək isə "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" avtomatik qazpaylayıcı stansiyasının təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun Sığırlı kəndindən başqa bütün yaşayış məntəqələrinə və Şamaxı şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, bir az əvvəl Lənkəran və Ucar rayonlarının da qaz təchizatında məhdudiyyətlər olacağı barədə məlumat verilmişdi.

OXŞAR XƏBƏRLƏR