Bu gün Şamaxıda 3-cü zəlzələ qeydə alınıb.
Şəhər sakinlərinin verdiyi məlumata görə, bu dəfə zəlzələ əvvəlkilərdən nisbətən daha çox hiss edilib. Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanların maqnitudası 3.50 olub. İlkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 15:46-da qeydə alınıb. Qeyd edək ki, bu gün Şamaxıda bir birinin ardınca iki zəlzələ qeydə alınmışdı. Təkanlar saat 10:21 və 11:56-da 3.0, 3.10 maqnitudasında baş vermişdi. Təkanların hər ikisi hiss olunub.//anspress