Şamaxıda 65 ailənin yaşadığı ərazi başqa şəxsə satılıb - VİDEO

Şamaxıda 65 ailənin yaşadığı ərazi başqa şəxsə satılıb - VİDEO
SOSİAL
23:51 27.07.2026
163
Vətəndaşların 20 il əvvəl torpaq alıb ev tikdikləri ərazi başqa şəxsə satılıb.

AZXEBER.COM xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"ə bir qrup Kürdəmir sakini müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, onlar deyirlər ki, illər öncə inzibati olaraq Şamaxı rayonuna aid olan ərazidən torpaq alıb ev tikiblər. Sonradan isə həmin ərazi başqa bir şəxsə satılıb. Orada yaşayan 65 ailə bundan illər sonra xəbər tutub. İndi həmin ailələr evsiz qalma təhlükəsi ilə üz-üzədir. Sakinlər deyirlər ki, illərlə yaşadıqları evlərin və əkib-becərdikləri torpaq sahələrinin başqa bir şəxsin adına rəsmiləşdirilməsi onları çıxılmaz vəziyyətə salıb.

Sakinlərin iddiasına görə, onlar uzun illər əvvəl bu torpaq sahələrini pul müqabilində əldə ediblər. Həmin dövrdə torpaq sahələrinin indiki qaydada dövlət qeydiyyatına alınması və çıxarışların verilməsi prosesi aparılmadığından, əllərində yalnız əllə yazılmış sənədlər mövcuddur:

Ən böyük narahatlıqları isə odur ki, onlara yaşadıqları ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

İddialarla bağlı sözügedən torpaq sahələrinin yeni sahibi kimi təqdim olunan Elxan Həsənzadə ilə əlaqə saxladıq. O, bununla bağlı məhkəmə qərarının olduğunu və onun icrasını istədiyini bildirib.

Məlumata görə, sakinlərin yaşadığı yer Şamaxı rayonunun ərazisidir. Şamaxı rayon Nağaraxana bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirilib ki, adıçəkilən ərazi rayon Aqrar islahat komissiyasının qərarı ilə Nağaraxana kənd sakinlərinə pay torpağı kimi xüsusi mülkiyyətə verilib. Lakin həmin ərazi sonrakı illərdə Kürdəmir rayon sakinləri tərəfindən zəbt olunub. Məsələ mülki mübahisə xarakteri daşıdığı üçün vətəndaşlara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR