Şamaxıda beş avtomobil toqquşub, çoxlu sayda yaralı var

Şamaxıda beş avtomobil toqquşub, çoxlu sayda yaralı var
Bütün Xəbərlər
18:15 19.03.2014
610
Şamaxı rayonunda ağır yol qəzası baş verib.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Şamaxı rayonu ərazisində, Acıdərə yolunda qeydə alınıb.
Beş avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında xeyli sayda yaralının olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, yol polisi əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR