Şamaxıda yanğın

Şamaxıda yanğın
Bütün Xəbərlər
12:04 27.08.2012
1139
Fövqəladə Hallar Nazirliyi Şamaxıda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirliyin rəsmi saytının yaydığı xəbərə görə, avqustun 26-da saat 09:21 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Osmanbəyli kəndinin dağlıq ərazisində quru ot və kol-kos sahəsi yanıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğının meşə zolağına keçmə ehtimalı var. Dərhal Fövqəladə Hallar Nazirliyinin DYMX-nın canlı qüvvə və texnikası, həmçinin Aviasiya Dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsinə cəlb olunub.Yanğın saat 21:35 radələrində məhdudlaşdırılıb və meşə zolağına keçməsinin qarşısı alınıb. Hal-hazırda ayrı-ayrı yanğın ocaqlarının söndürülməsi işi davam edir.
OXŞAR XƏBƏRLƏR