“Samir Abasovun etdikləri ucuz şoudur” - Adrian Mutu

“Samir Abasovun etdikləri ucuz şoudur” - Adrian Mutu
İDMAN
20:41 11.11.2023
416
Xəbər verdiyimiz kimi, "Neftçi” Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma meydanda "Sumqayıt”a 1:2 hesabı ilə məğlub olub.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, "ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün çətin oyun oldu. Matça istədiyimiz kimi başladıq. İkinci yarıda rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir.

- Matçdan öncə "Neftçi"nin qalib gələcəyini ehtimal edənlər çox idi. Qələbə üçün nə çatmadı, nədən narazı qaldınız?

- Bilmirəm, sizə nə deyim. Amma hər zaman məqam gəlir ki, qalib gələk, bir addım da irəli gedək. Bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə bunu təkrarlaya bilmirik. Başa sala bilmirəm, nə baş verir. Səfərdə 14 xal qazanmışıq, evdə qalib gələ bilmirik. Halbuki, həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyəsən evdə azarkeş amili rol oynayır. Deyim ki, təzyiq var, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də onun nəticəsində məğlub olduq.

- Adrian Mutunun "Neftçi" azarkeşlərinə hansı sözü, necə mesajı var? Onlar sizdən işıq, stimul gözləyir. Təxmini vaxt verə bilərsiz ki, işlər daha yaxşı olacaq? 
Ətraflı

- Demişdim ki, yeni komanda qurulur, yeni komandada enişli-yoxuşlu gedir hər şey, nəticələr də fərqli ola bilər. Hazırda başa düşə bilmirəm ki, nə baş verir. Ev və səfər oyunlarımız arasında böyük fərq var. Əksinə olmalıdır. Çünki evdə oynayırsan, doğma meydançandır, özünü daha çox qorunmuş hesab etməlisən. Məni bu amil narahat edir. Futbolçuları da həmçinin. Onlar başa düşməlidir ki, "Neftçi" kimi komandada oynayırlarsa, daha çoxunu verməlidirlər. Görünür ki, bu, kifayət etmir.

- Azər Əliyev Samir Abasovla insident yaşandı. Sizə elə gəlmir ki, oyun planından əvvəl intizam yaratmalısız komandada?

- Mənim oyunçularım Samir Abasov tərəfindən davamlı olaraq təhqir olunurdu.Bu, ucuz şoudur, şərh etmək istəmirəm. İlk dəfə deyil ki, təkrarlanır. Sumqayıtda da rəqibin baş məşqçisi belə edirdi. Baş məşqçidir, nümunə olmalıdır oyunçulara. Rəqibə təhqirdən istifadə etməməlidir. Futbol fair-pleyi sevir. Qalib də gəlmək olar, uduzmaq da. Əsas odur ki, bunu necə edirsən.

- Siz ulduz futbolçu olmusuz, "Neftçi" də sovetlərdən bu yana tarix yazmış klubdur. Bunun hormoniyasından hələ ki, ortada bir şey çıxmır...

- Hamı bilir ki, biz mövsümə necə başlamışıq. Mənə vaxt lazım idi ki, liqanı tanıyım, çempionatla tanış olam. Məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Hamının gözləntiləri çoxdur. Bizim istəklərimiz də daha çoxdur. Edə biləcəyimiz yeganə məsələ işləməkdir. Bu vəziyyətdən dönüş yarada bilərik.

- Azarkeşlərinizin istefaya səsləməsi sizi ruhdan salmırki?

- Onlar öz fikirlərini ifadə etməkdə sərbəstdirlər. Bu barədə bir söz deyə bilmərəm. Əgər kimsə düşünür ki, ən böyük problem məndədir, onlar fikirlərini ifadə etməkdə sərbəstdirlər. Bütün məsuliyyəti üzərimə götürürəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
13:20 24.11.2026
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu - FOTOLAR
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
12:58 24.11.2026
Top ardınca qaçan uşağı maşın vurub öldürdü - VİDEO
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
12:43 24.11.2026
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
12:32 24.11.2026
Maşını olanlara XƏBƏRDARLIQ – Bunları mütləq edin!
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
12:24 24.11.2026
Azərbaycan Haaqa Konvensiyasına qoşulacaq
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
12:21 24.11.2026
Şimşək çaxacaq, yağış yağacaq - Bu tarixdə
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova