Eskravaqant ulduzdan xəbər var.
Milli.Az-ın məlumatına görə, daim tənbəllikdə ittiham olunan yerli şou-biznesin ən ekstravaqant ulduzu Samir Bağırov ənənəsini pozacaq.
Əməkdaşımızla söhbətində müğənni bütün gücünü yaradıcılığına sərf etmək istəyini belə dilə gətirdi: "2013-cü il çoxlarını nəhs təqvim ili kimi qorxutsa da, mən heç də narahatçılıq keçirmirəm.
Tənbəlliyə stop dedim, yaradıcılığım üzərində işləməkdə qərarlıyam. Lazım gəlsə, yuxudan da imtina edib bütün günümü səsyazma studiyalarında, çəkiliş meydançalarında keçirəcəyəm.
Bu söz xatirinə deyil, inşallah, zamanı gələndə özünüz şahid olacaqsınız ki, mən necə əzmlə işlərimi reallaşdırıram".