"Eurovision 2008" təmsilçimiz Samir Cavadzadənin dostu Elvin Hüseynovu bıçaqlaması barədə işə demək olar ki nöqtə qoyulub.
AZXEBER.COM-un "1news.az"a istinadla verdiyi məlumata görə, Nəsimi rayon polis idarəsində tərəflər arasında barışıq əldə edilib. E.Hüseynov Samir Cavadzadəyə qarşı şikayət ərizəsi verməkdən imtina edib. Buna uyğun olaraq cinayət təhqiqatı dayandırılıb.
"Bu, tərəflərin barışması ilə bağlı edilib".