Samir Cavadzadənin bıçaqladığı şəxs əməliyyat olunub.
1 saylı Klinik Tibbi Mərkəzin əməliyyat blokunun müdiri Aydın Əlizadənin Gün.Az-a verdiyi məlumata görə Samir Cavadzadənin bıçaqladığı fotoqraf Elvin Hüseynov əməliyyat olunub və hazırda reanimasiya şöbəsinə yerləşdirilib:
“Səhər saat 6 radələrində 24 yaşlı Elvin Hüseynov adlı şəxs boyun nahiyəsində - onurğasının yuxarı hissəsində olan kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya müraciət edib. Yaralı təcili əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir. O, hələlik tam ayılmayıb” - deyə, A.Əlizadə bildirib.
Qeyd edək ki, bugün səhər saatlarında Azərbaycanın “Eurovision 2008” təmsilçisi Samir Cavadzadə mübahisə zəminində fotoqraf Elvin Hüseynovu bıçaqlayıb.