Samir Röya haqda: "Mən onunla bağlı danışsam, onu daş-qalaq edərlər…”
ŞOU-BİZNES
19:16 30.05.2011
1865
Təhqir olunmuşlardan biri olan Samir Cavadzadə olanların ona təsirindən danışıb: “Mən belə şeyi bağışlaya bilmərəm! Ən azından ona görə ki, bu verilişə baxan anam bərk ürək ağrısı keçirib! Özünün çətin keçmiş uşaqlığının qisasını başqalarından almaq lazım deyil. Unutmasın ki, onun da övladı böyüyür!”
Samir bunun müqabilində məhkəməyə müraciət edib-etməyəcəyini isə belə açıqlayıb: “Məhkəməyə verməyi düşünürəm, amma istəmirəm ki, buna görə də desin ki, mən özümü onun hesabına reklam etmək üçün məhkəmə işini başlamışam. Əslində mən əminəm ki, məhkəməyə versəm, mən bu işi udacağam. Çünki belə şeyləri dostları haqqında yalnız tərbiyəsiz insanlar deyə bilər!”