Milanın “İnter” klubundan Rusiyanın “Anji” komandasına keçən məşhur futbolçu Samuel Eto`O Rusiya çempionatında debüt edib. O, “Rostov” klubu ilə oyunun 58-ci dəqiqəsində meydana çıxıb. O, elə ilk oyundaca qolla fərqlənib. 80-ci dəqiqədə qol ötürməsini Yuri Jirkov edib.Xatırladaq ki, Samuel Eto`O Rusiya futbol tarixində ən çox maaş alacaq futbolçudur. “Anji” ildə ona 20 milyon avro ödəyəcək.