Cəsəd batdığı yerdən, təxminən, 15 km aralıda tapılaraq sudan çıxarılıb.
04 iyul 2013-ci il tarixində Samur-Abşeron kanalının Şabran rayonu, Taxtalar kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 125 km aralıda) batmış 1989-ci il təvəllüdlü Eldar Elxan oğlu Kiçibekovun axtarışları başa çatıb. E.Kiçibekovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 15 km aralıda tapılaraq sudan çıxarılıb. Əməliyyat saat 08:33-də başa çatıb.