Samur-Abşeron kanalında boğulan 19 yaşlı gəlinin meyiti tapıldı

Samur-Abşeron kanalında boğulan 19 yaşlı gəlinin meyiti tapıldı
Bütün Xəbərlər
12:41 06.11.2012
1383
Şabran rayonunda Samur-Abşeron kanalına düşərək boğulan 19 yaşlı gəlinin axtarışları başa çatıb.
Kanalın Şabran rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Aişə İsmayılovanın cəsədi tapılaraq sudan çıxarılıb.Qeyd edək ki, hadisə qadının atası evinə getdiyi zaman baş verib. Belə ki, o atası evində olarkən ürəyi bulandığını deyib və kanalın kənarına gedib. Sonradan onun ayaqqabısı və saç sancağı kanalın yanından tapılmışdı.
OXŞAR XƏBƏRLƏR