Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ

Samuxda 39 yaşlı qadın ZƏHƏRLƏNDİ
HADİSƏ
23:55 12.05.2025
837
Samuxda  zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

39 yaşlı X. Əsgərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadın vəziyyətinin orta ağır  olduğu  bildirilir. Məlumata görə X. Əsgərova  yaşadığı evdə sirkə turşusundan zəhərlənib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 
/Lent.az
OXŞAR XƏBƏRLƏR