Samuxda yol qəzası baş verib: - üç məktəbli yaralanıb

Samuxda yol qəzası baş verib: -  üç məktəbli yaralanıb
Bütün Xəbərlər
12:38 18.11.2013
960
Samuxda hərbçinin idarə etdiyi avtomobillə məktəblinin sürdüyü maşın toqquşub.

Bu barədə məlumatı AZXEBER.COM-a Samux rayon Polis Şöbəsindən veriblər.Məlumata görə, hadisə ötən gecə saat 21 radələrində rayonun Alıuşağı kəndində baş verib. Gəncə şəhər sakini, N saylı hərbi hissədə hərbi xidmətdə olan, 1983-cü il təvəllüdlü Namiq Əliyevin idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə, Alıuşağı kənd sakini, orta məktəbin 11-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Hüseyn Hüseynzadənin idarə etdiyi “VAZ 21099” markalı avtomobil toqquşub.Hadisə zamanı “VAZ 21099” də olan sərnişinlər, məktəblilər, 16 yaşlı Röyal Nağıyev, Şahmalı Əliyev və 17 yaşlı Mehman Əliyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin orta ağır olduğu bildirilir. İlkin araşdırmaya əsasən qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Polis Şöbəsindən bildirilib ki, 16 yaşlı məktəbli atasına məxsus “VAZ 21099” markalı avtomobili icazəsiz idarə edirmiş.Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR