Rusiyanın Sankt-Peterburq şəhərində həyətlərin birində mavi qar yağıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.
Bildirilir ki, qarın mavi olması yerli sakinlərdə təşviş doğurub.
Hadisə yerinə gəlmiş mütəxəssislər yağan mavi qar nümunələrini götürərək analiz aparılması üçün laboratoriyaya təqdim ediblər.
