"Şansım var idi ki, keçmişimi qaytarım" - Vüsalə Əlizadə

"Şansım var idi ki, keçmişimi qaytarım" - Vüsalə Əlizadə
SOSİAL
10:39 19.10.2016
14923

 

"Türkiyədən heç tanımadığım insanlardan təklif aldım. Bir fotosessiyamı görüb, məni ərəb qızlarına bənzədiblər. İnstaqramda mənə yazdılar, məlumat aldılar. Təklif etdilər ki, sizinlə fotosessiya etmək istəyirik".

Bu sözləri açıqlamasında aparıcı Vüsalə Əlizadə deyib. 

Aparıcı bildirib ki, Türkiyədə ona mükafat verilib:

"Bunlar Türkiyədə "Fashion" kanalının dəfilələrinin vizaj qrupudur. Çox maraqlı işləri olur. Danışıqlar üçün Türkiyəyə  getdim. Orada baş tutan xeyriyyə xarakterli "Number one" dəfiləsi oldu və məni qonaq kimi çağırdılar. Tədbirdə xarici müğənnilərlə yanaşı, Hande Yener və Mustafa Ceceli oldu. Dəfiləyə məni özləri hazırladılar, kolleksiyadan geyimlər bağışladılar. Gecədən əldə olunan gəlir kimsəsiz uşaqlara bağışlandı. Tədbirdə mənə mükafat da verildi".

V.Əlizadə orada məşhur kosmetik brendin sahibləri tərəfindən iş təklifi aldığını bildirib:

"Tədbirdə böyük kosmetik brendlərin sahibləri iştirak edirdilər. Mənə bir brendin siması olmaq təklifi gəldi. Göz-qaş hissəmi çox bəyəndilər. Bu ayın sonu danışıqlar üçün yenidən İstanbula yollanacam".

Bir müddət İnstaqramdan uzaq qalan aparıcı bunla bağlı yaranan söz-söhbətlərə son qoyub:

"Türkiyədə olanda bütün günü başım işə qarışmışdı. Sosial şəbəkə insanın çox vaxtını alır. Sosial şəbəkədən uzaqlaşdım, sevənlərim necə narahat olmuşdular. Artıq bacılarıma, qohumlara mesajlar yazırdılar ki, Vüsaləyə nə olub? Bildim ki, məni çox istəyirmişlər. Buna görə də özümü çox şanslı, uğurlu biri hesab edirəm. Efirdə göründüyüm gündən insanların qəlbinə yol tapmışam. Bir il səhnədən uzaqlaşan müğənni, geri qayıdanda bilmir nə etsin ki, yerini tutsun. Amma məndə belə deyil, efirdə olmayanda da unudulmadım. 7 yaşımdan efirdəyəm, bunu sübut edəcək materiallarım da var. Hələ "Sirli Avrasiya" vaxtında sosial şəbəkə yox idi, insanlardan məktublar alırdım. Həmin məktubları evimdə saxlayıram. Qızım böyüyəndə, mən yaşlananda bir də oxuyacam".

Aparıcı yazdığı şeirlərin keçmişi ilə əlaqələndirilməsinə pis olduğunu söyləyib:

"Nəsə uğursuzluq yaşayanda, pis oluruq, özümüzüə sual veririk ki, "Niyə mən?" Allah sevdiyi bəndələri hər zaman sınayır. Mən gənc yaşlarımdan əziyyətlər görmüşəm. Zəif, kiminsə əlinə baxmağa məhkum olsaydım, Allah məni elə kiminsə yanında saxlayardı. Tanrım bilir ki, öz ayaqlarının üstündə dayanmağı bacaran qadınam, ailə saxlamağı bacarıram. Təki Allah mənim sağlamlığıma dəyməsin. 

Həm saytlardan, həm də izləyicilərimdən xahiş edirəm ki, yazdığım fikirləri keçmişimlə əlaqələndirməsinlər. Bunu yığışdırın. Heç kimin həyatı mənə maraqlı deyil. Maraqlı olsaydı, şansım var idi ki, keçmişimi qaytarım. İstəmədim... Mən unutmuşam, siz də unudun. Mənim bir balaca şairlik, yazma qabiliyyətim var. Nəyisə yazanda içdən gələn cümlələrdir. İlham pərisi gəlir, yazıram. Hekayələr yazıram, poema üzərində çalışıram. Bunları gələcəyim üçün edirəm. Bir vaxt gələcək, onları təqdim edəcəyəm. Bir şey yazan kimi şərhlər başlayır: təksiniz... Xeyr, tək deyiləm, qızım və hər şeyim var, həyatım əladır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MM-in komitə sədri: Vaşinqtonda əldə edilən razılaşma sülhü bizə yaxınlaşdıran reallıq oldu
11:24 09.09.2025
MM-in komitə sədri: Vaşinqtonda əldə edilən razılaşma sülhü bizə yaxınlaşdıran reallıq oldu
Baş katib Azərbaycanın AQEM-ə sədrliyini məhsuldar adlandırıb
11:22 09.09.2025
Baş katib Azərbaycanın AQEM-ə sədrliyini məhsuldar adlandırıb
Rusiyanın Donetski atəşə tutması nəticəsində 6 nəfər ölüb
11:20 09.09.2025
Rusiyanın Donetski atəşə tutması nəticəsində 6 nəfər ölüb
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
11:18 09.09.2025
Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
11:14 09.09.2025
Sahibə Qafarova: Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
11:13 09.09.2025
Sabiq nazir müavini işdən çıxarıldı: Yeni vəzifə verildi
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
11:11 09.09.2025
Spiker: Prezidentin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
11:04 09.09.2025
Rusiyada "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
11:03 09.09.2025
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
10:59 09.09.2025
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
10:57 09.09.2025
Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
10:53 09.09.2025
Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
İran parlamenti qapalı toplantı keçirir
10:45 09.09.2025
İran parlamenti qapalı toplantı keçirir
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
10:44 09.09.2025
Cici və Kendal birlikdə kamera qarşısına keçib - FOTOLAR
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
10:38 09.09.2025
İlham Əliyev: "COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşüb"
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək
10:35 09.09.2025
Türk Dövlətləri Təşkilatının hökumət başçılarının ilk toplantısı keçiriləcək