Elşən MusayevOğlan uşaqları o zaman böyümüş hesab olunur ki, artıq Yeni ildə onlara hədiyyəni Şaxta babanın deyil, Qar qızın gətirməsini istəyirlər (Müasir atalar sözü).
Uşaqkən, məni nağıllar dünyasına aparıb, beynimdə ilk obrazları, qəhrəmanları yaradan, gərəkdiyində isə onları öldürən, gözümdən salan tək insan qapı qonşumuz Simuzər nənə olub..
Nurlu, ağbirçək, kasıb, eyni zamanda təhsilsiz bir qadın idi....Xanım nənənin hər axşam, sanki protokol tədbirinə çevrilən nağıl seansının ən nümunəvi iştirakçısı isə mən olmuşam. Yəqin elə bu səbəbdən bütün dinləmələrə mütəmadi dəvət alardım.
Tam qarşıda oturar, gözümü eyni nöqtəyə zillər, bir epizodu belə qaçırmazdım.Ağbirçəyin ən böyük özəlliyi isə, hər hansı bir nağılı və ya hadisəni tam bilməməsinə rəğmən- bilmədiyi tərəflərə özünəməxsus dekor, fantaziya qatıb onları bizə çatdırması idi. Məsələn, o hər an, Şəngülümün öz balalarına buynuzunda ot deyil, narkotik gətirdiyini, ya da tutaq “Cırtdan”ın başındakı papağın qeyrət deyil, AXCP-nin rəmzi olduğunu iddia edə bilərdi...Bir gün yeni il qabağı, nənəyə Şaxta baba ilə bağlı əndrabadı suallar verdim. Suallarsa onun yarımmürgülü vəziyyətinəmi təsadüf etdi, yoxsa Siyavuş Novruzov demişkən zəlzələdənmi -vəlvələdənmi oldu ya nə, adam tam ciddi görkəm alıb dilə gəldi: “Bir də mənim yanımda Şaxta baba adı çəkməyin!!! Bir də eşitməyim ki, mənə hansısa kişi ilə bağlı sual verilir!.Ayrıca, indiyə qədər rastlaşdığım bütün Şaxta babalar şorgöz və şərəfsiz olub”...Heyrətimdən donmuşdum. Sadəcə bir bayramı simvolizə edən obrazın - Şaxta babanın beynimdəki yeri, təyinatı tamamən dəyişmişdi. O, həm də KİŞİ və eynən bizim kimi sıradan biri imiş! – Alt mətləbdə, arxa fonda, hər an kiminsə xətrinə dəyəcək və ya namusuna toxuna biləcək bir personaj yatırmış; şorgözlük, avara həyat tərzi, saxtakarlıq, riyakarlıq da fərziyyələrimin kontekstindən kənar deyildi. Hətta cins şalvarda gəzən, bazardan meyvə alan, əlində qəlyan tutan Şaxta babanı belə təsəvvür etmişdim...Amma, bütün inandıqlarıma and olsun, yüz il qala ağlımın ən uc nöqtəsindən də keçməzdi ki... bir gün Şaxta baba qarşıma siyasətçi qiyafəsində çıxacaq, moizə oxuyacaq, hətta bir az da uzağa gedib Prezidentlik iddiasına düşəcək! ***Gürcüstan müxalifətinin 3 ay öncəki lideri (hazırkı hökumət başçısı) İvanişvilinin öz namizədliyi ilə bağlı seçki ərəfəsində verdiyi qısa açıqlama:“Siyasətdə qarşımıza qoyduğumuz tək məqsəd mükəmməllik, səmimilik və xalqla təmasda bütün baryerləri aşmaqdır. Ənənəvi düşüncə tərzindən uzağıq. Gürcüstan xalqının rifahı üçün gərəkən hər şeyin ən yaxşını etməyə hazırıq və belə bir gücü, enerjini özümüzdə hiss edirik. Bütün rəqiblərimə uğurlar arzulayıram”.Ermənistan müxalifətinin lideri Petrosyanın seçkiöncəsi verdiyi açıqlama:“Hakimiyyətin mənbəyi xalqdır. Hər kəs də anlamalıdır ki, xalqın iradəsinin ifadə olunmadığı yerdə nə “bu gün”, nə də “gələcək” - deyə bir təminat yoxdur. Qərbə və paralel olaraq Avroatlantik məkana inteqrasiya seçki gündəminin bizim üçün öndə gələn mövzusudur. Siyasətlə ciddi insanlar məşğul olmalıdır. Xalqın taleyi haqda ciddi insanlar düşünməlidir. Seçki platformamda bütün prioritetlər nəzəri formada əks olunub. Praktik nəticələr üçünsə sizin dəstəyiniz gərəkdir. Kim güclüdürsə, o qalib gəlsin. Hər kəsə uğurlar..Və nəhayət,
Azərbaycan müxalifətinin lideri İsa Qəmbərin Facebook statusunda paylaşdığı seçki bəyənatı:“Hamı Şaxta babanı da sevir, vahid namizədi də. Ancaq hamı bilir ki, Şaxta baba real həyatda mövcud deyil. Eyni zamanda hamı bilməlidir ki, vahid namizəd məsələsinin alınması da mümkünsüz işdir...”***Yaxın dostumuz nəql edir ki, 92-cı ilin sonları imiş. Eks-iqtidarın bisavad nazirlərindən biri hansısa tədbirdə rüsvaycasına çıxış edir. Olay o qədər bərbad hala gəlir ki, adamı tribunadan gülüş sədaları altında sürəkli alqışlarla düşürürlər. Və tədbirdən dərhal sonra iclas salonunun foyesində hər kəs həmin naziri öz arasında məsxərəyə qoyarkən bir nəfər gözləmədiyimiz halda ritorik müdafiəyə qalxıb: “Gülüb eləməyin, niyə gülürsünüz? – sualını verir. Bunun tərəfdaş jesti olduğunu düşünənlər isə, sualın ardınca dahiyanə bir fikrə şahidlik edirlər: “Bu çıxışı o da etməyib, kim edəsi idi ki?”Zəruri qeyd: AXCP-Müsavat iqtidarının ən istedadlı, ən ağllı, büdcəyə ən çox xeyir verən naziri Hafiz Hacıyev olub...İndi də, seçki öncəsi, üstəgəl məhsul (oxu: qrant) yığımının tam ərəfəsindəykən xəyanəti İsa Qəmbər də etməyib, kim edəsi idi ki? Adamın işi bu. Xisləti bu. Vəzifəsi bu. Hətta bəlkə öhdəliyi bu!!İsa Qəmbər Azərbaycanın uğursuzluq brendidir, məğlubiyyət simvoludur!Nəyi, necə edəBİLMƏMƏYİ, bir şeyin ən uğursuz variantını ondan gözəl sərgiləyəcək biri yox!İsa Qəmbər, naşı qumarbaz prototipidir: Əlindəki mayanı uduzan və uduzduğunuı geri qaytarmaq istərkən olan-qalanını da itirən yazıq bir qumarbaz prototipi..!!!Onun dizi üzərinə çörəyi “skoç”la da yapışdırsan, yenə durmayıb düşəcək!.İllərdir sata-sata gəlir... bata-bata gəlir... ”ata - ata” gəlir...Başqan, dırnaq içdə də olsa “qəhrəmanlıq” nümunəsidir..Çün, 20 il bəlli bir kütləni öz gipnotik əsarətində saxlamaq, bir insanı gənc yaşında ikən siyasətə müxalifətçi kimi gətirib elə müxalifətdəcə pensiya yaşına çatdırmaq hər özündən deyən kişinin işi deyil...Ən böyük diktator onun özüdür!Söylədiyimin əksi olsaydı illərdir çiiyin-çiyinə çalışdığı Tapdıq Abbası bir tək hansısa protokol tədbirində Heydər Əliyevin məzarı önündə ehtiram duruşu sərgilədiyinə görə partiya sıralarından anındaca xaric etməzdi!O, hələ də başqandır!Qurultay, demokratik seçim vədi verən və verdiyi sözü ”yeyən” başqan!Bu kürsü ona, bir tək irəlidə deyil, həm də azadlıqda olmaq, Arif Hacılının, Tural Abbaslının yerinə türmədə yatmamaq üçün gərəkdir!İsa Qəmbər Emin Milli səviyyəsinə qədər enib. Ya da Emin əyilib, ona çatıb...Amma hər nəysə, boyları eynidir...Onun sayəsində,“İctimai palatka”söküldü, dağıldı, can verdi, canın verdi....“Mərhum”u güman ki, Azərbaycan siyasətinin kimsəsizlər qəbirsanlığında dəfn edəcəklər!***Tibbi terminalogiyada belə bir anlayış var; “Autogen məşq” (autotreninq) .
Əsasən psixo-terapiyada tətbiq olunur. Requlyasiya xarakteri daşıyır və özündə o məqsədi ehtiva edir ki, insan dərmansız, psixoloqa müraciət etmədən - özünütəlqin məşqləri ilə istədiyi effekti ala bilsin.Psixoloji durumunu, emosional vəziyyətini arzulanan dinamikaya yönəltsin. Məsələn, zil qaranlıqdan qorxan adam, ilk öncə ala qaranlığa, bir müddət sonra daha tünd qaranlığa, ən sonda isə həmin o qorxduğu zil qaranlığa oyrədilir, alışdırılır, aludə edilir.. Və.. bir müddət əvvəl onun üçün vahiməli görünən durum artıq sıradan bir hadisə xarakteri alır.Ya da hər hansi bir potologiya, anormallıq sanki belə də olmalıymış kimi insan beyninə yeridilir....Bir anlıq icazəsiz mitinqləri, dəli kimi ora-bura şütüyən, tində, dalanda polislə “gizlənqaç” oynayan qaraguruhları, məqsədli şəkildə zombiləşdirilən siyasi-kamikadzeləri xatırladım.Əgər diqqət etmisinizsə, o kütlə heç də öz durumundan narahat deyil, əksinə, tam da məmnundur. Hətta bəzilərinin çöhrəsində saxta qəhrəmanlıq, fədakarlıq işarəti belə görünür...“Əsarətin elə bir mərhələsi var ki, həmin mərhələdə qullar əllərindəki qandalları sevməyə başlayırlar”Bu düşərgəyə də sevdiriblər qandalları, məğlubiyyəti!Qram-qram, addım-addım sevdiriblər!İsaların, Əlilərin mənəvi girovuna çevrilən o zavallılar, bir insanlıq halı olaraq sadəcə sevinmək istədikləri halda belə - barı ən pis qələbəyə sevinəcəklərinə - ən yaxşı məğlubiyyətə seviniblər!Sadəcə sevinmək xatirinə seviniblər.. Sevinmək hissini unutmamaq üçün seviniblər..Bir futbol matçında doğma komandası 6-0 hesabı ilə uduzan azarkeş, rəqib oyunçuya sarı kartın verilməsindən necə təskinlik tapıb sevinərsə, təxminən bax o cür seviniblər!Yazıklar olsun..Başqa bir şey demirəm...mənbə: Gün.Az












































