Şantaj olunduğunu deyən qızın yalanı ortaya çıxdı - VİDEO

Şantaj olunduğunu deyən qızın yalanı ortaya çıxdı - VİDEO
Bütün Xəbərlər
02:20 17.10.2014
7423

Bir həftə əvvəl şantaj olunması ilə bağlı “Adam içində” verlişinə müraciət edən Yeganə Talıbovanın keçmiş sevgilisi danışılanların böhtan olduğunu demək üçün verilişə müraciət edib.

ANS TV-nin məlumatına görə, xanımla aralarında yaşananlar Yeganənin dediyi kimi deyil.

“Gəncədə olanda ortaq dostum vasitəsilə tanış olduq. Ona ev tutdum. Qeyri-rəsmi olaraq bir yerdə yaşadıq” – deyə Yeganənin keçmiş sevgilisi qeyd edib.

Bundan sonra Yeganə ona 10 min manat pulun lazım olduğunu bildirdiyindən, sevgilisi də taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilini sataraq həmin məbləği birgə yaşadığı qadına verir. Sonra da çörəyi çıxdığı maşını satdığı üçün pul da qazana bilmir. Və beləliklə də maddi vəziyyəti günü-gündən pisləşir: “Sonra gördüm çox soyuq davranır. Bildim ki, sevgilisi var. Dedi əl çək. Dedim onda pulları ver”.

Yeganə Talıbova görəndə ki, ondan 10 min manat pulu geri istəyirlər başlayır şantaja keçməyə. Hər halda studiyaya gələn müsahib belə deyir. Onu polisə verərək, oğlanın ondan pul tələb etdiyini, əks təqdirdə telefonda olan intim görüntüləri internetə yayacağı ilə şantaj olunduğunu bildirir.

Hər halda, “Adam içində” verilişinin əməkdaşlarının araşdırmasına görə bu qadının şantaj etdiyi tək şəxs deyil. Odur ki, bu kimi faktları “Adam içində” verilişinin növbəti buraxılışlarında da görə biləcəksiniz.

OXŞAR XƏBƏRLƏR