"Şantajdan başqa bir şey deyil” - Hikmət Hacıyevdən Paşinyana cavab

"Şantajdan başqa bir şey deyil” - Hikmət Hacıyevdən Paşinyana cavab
SİYASƏT
00:15 27.07.2023
720
"Brüsseldə razılaşdırılan kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin çatdırılması üçün tam istismara verilir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

O, Paşinyanın: "İndiki vəziyyətə göz yuma bilmərik. Qarabağa göndərilən 360 ton yük tamamilə humanitar məqsədlidir", fikrinə münasibət bildirib.

"Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək manipulyasiya və şantajdan başqa bir şey deyil", - deyə H. Hacıyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR