Baku TV-nin qaynar xəttinə daxil olan müraciət əsasında ərazidə aparılan çəkiliş zamanı sakinlər problemlərin, xüsusilə, yay aylarında daha da kəskinləşdiyini deyiblər.
Sakinlərin sözlərinə görə, içməli su bəzən 5-6 gün ərzində ümumiyyətlə verilmir. Bu səbəbdən onlar gündəlik tələbatlarını ödəmək üçün suyu pulla almağa məcbur qalırlar.
Elektrik təchizatında yaşanan nasazlıqların da vəziyyəti daha da ağırlaşdırdığı bildirilir.
Ərazidə hazırda kanalizasiya xəttinin çəkilişi aparılsa da, sakinlər həmin şəbəkəyə qoşulmaq üçün hər evdən 1 000 manat ödəniş tələb olunduğunu iddia edirlər.










































