Polis əməliyyat keçirib.
Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə dekabrın 25-də Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini Arif Ağayev münaqişə zəminində həmyerlisi Əlibaba Məmmədova bıçaqla xəsarət yetirib.
Çoxsaylı bıçaq xəsarəti alan Ə.Məmmədov hadisə yerində dünyasını dəyişib. Ağayev isə hadisəni törədəndən sonra hadisə yerini tərk edib.
Abşeron RPİ tərəfindən Məmmədovu qətlə yetirmiş Arif Ağayevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Arif Ağayev əvvəllər məhkum olunub.