Sarkisyan əcaib qanun imzalayıb

Bütün Xəbərlər
19:02 13.01.2011
2070

Ermənistan prezidenti Serj Sarkisyan tanınmamış respublikalara sazişlərin ratifikasiya edilməsini nəzərdə tutan qanunu imzalayıb.

Ermənistanın “Beynəlxalq müqavilələr haqqında” qanununa edilən dəyişikliklərə əsasən, ölkənin beynəlxalq hüququn tanınmamış subyektləri ilə münasibətləri sülhün təmin edilməsi, insan haqlarının müdafiəsi, humanitar və ya maliyyə-iqtisadi yardımının göstərilməsi məsələləri ilə tənzimlənir. 

Qəbul edilən qanun layihəsində müəyyən edilib ki, beynəlxalq müqavilələrin tərəfi beynəlxalq hüququn tanınmamış subyekti ola bilər. Bu isə Ermənistana postsovet məkanındakı qondarma respublikarı, o cümlədən separatçı "DQR"lə müqavilə və sazişləri ratifikasiya etməsinə imkan verir. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR