Serj Sarkisyan 9 yaşlı azərbaycanlı uşağın qoşunlaırn təmas xəttində snayperdən açılan güllə nəticəsində öldürülməsinə toxunarkən bu faktı təkzib edib: “Mülki əhali, xüsusilə də uşaqlara qarşı atəş açmaq erməni əsgərinin mənəvi simasına ziddir. Belə bir ittihamın irəli sürülməsi olduqca mənasızdır, çünki bu, göstərilən ərazidə hətta texniki cəhətdən mümkün deyil”.
Qeyd edək ki, həmsədrlər səfər çərçivəsində Dağlıq Qarabağa son qiymətləndirici missiyanın yekun hesabatını Ermənistan prezidentinə təqdim ediblər.
Xatırladaq ki, Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Arzu oğlu Bədəlov martın 8-də həyətlərində olarkən erməni silahlı bölmələrinin snayperdən açdığı atəş nəticəsində baş nahiyəsindən güllə yarası alıb. E.Bədəlov xəstəxanaya aparılarkən keçinib.