Ermənistan prezidenti Azərbaycanı sülhə maneə törətməkdə iittiham etdi.
AZXEBER.COM-un “BBC Azərbaycan”a istinadən verdiyi xəbərə görə, çərşənbə axşamı Ermənistan prezidenti Serj Sarkisyan Brüsseldə NATO mənzil-qərargahında alyansın Baş katibi Anders Fogh Rasmussenlə görüşdən sonra beynəlxalq birliyin "Azərbaycan tərəfindən müharibə çağırışlarına qarşı" tədbir görülməsinə çağırıb. Serj Sarkisyan Azərbaycanı Ermənistanla "qarşılıqlı etimaq qurulması" cəhdlərinin əleyhinə olmaqda ittiham edib. Erməni prezidenti iddia edib ki, Azərbaycan "təmas xəttindən snayperlərin çəkilməsinə və insidentlərin araşdırılmasının əleyhinə çıxış edir". O, eləcə də iddia edib ki, Azərbaycan höküməti "Ermənilərə qarşı nifrət hissi yaymaqda" davam edir. "Bir neçə gün əvvəl Azərbaycan prezidenti bəyan edib ki dünya erməniləri Azərbaycanın 1 nömrəli düşmənidir. Dünya birliyi bunu araşdırmalıdır", Serj Sarkisyan bildirib. Sarkisyanın təbirincə Qarabağ münaqişəsinin davamlı həlli "özgürlük, etibarlı sülhün təmin edilməsi" prinsiplərinə söykənir. NATO Baş katibi Anders Fogh Rasmussen Qarabağ danışıqları mövzusuna mətbuat-konfransı zamanı toxunmayıb. Anders Fogh Rasmussen Cənubi Qafqazı NATO üçün mühüm əhəmiyyət kəsb edən region kimi təsvir edib və Ermənistanı NATO-nun "mühüm partnyoru" adlandırıb.