Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı

Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
DÜNYA
23:17 23.05.2025
2242
Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, 2008-ci ilin fevralında Sarkisyan və onun baş köməkçisi (qeyri-rəsmi olaraq eks-prezidentin kürəkəni Mikael Minasyan olduğu bildirilir) baş nazir vəzifəsində olarkən 2,9 milyon dollar rüşvət alıblar. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəliblər.

İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Qeyd edək ki, Serj Sarkisyan daha iki cinayət işi üzrə ittiham olunur. Onlardan biri neft məhsulları idxal edən "Flesh” şirkətinin mühafizəsi, ikincisi İrəvandakı "Erablur” hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Silva Hambardzumyan dağ-mədən sektorunda işləmək üçün icazə almaq üçün bu illər ərzində yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edib.

Bu ifadələr əsasında cinayət işləri açılıb və bu işlərdə Sarkisyandan başqa, müttəhimlər arasında sabiq prezident Robert Köçəryan, keçmiş baş nazirin müavini Armen Gevorqyan, biznesmen Samvel Mayrapetyan və keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan da var.
 
/Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video