Sarkozidən dövlət rəsmilərinə təzyiq

Sarkozidən dövlət rəsmilərinə təzyiq
Bütün Xəbərlər
15:38 03.02.2012
1635

Fransa prezidenti mübahisəli qanuna qarşı çıxanları ya ələ alır, ya da təhdid edir

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti Nikola Sarkozi inkar qanununun ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edən deputatlarla senatorlara təzyiq edir.

Daha əvvəl qanuna müsbət yanaşmadığını açıqlayaq xarici işlər naziri Alen Juppe bu məsələdə Sarkozi ilə aralarında ziddiyyət olub-olmadığına dair sualın cavabında "bu qanunla bağlı ağzımı bağlamağa qərar verdib" deyib.

Məşhur siyasətçi Jan Pyer Şövanmanın "Bir nazir ya ağzını yumar, ya da çəkib gedər" sözlərinə istinad edən xarici işlər naziri susmağı seçdiyini bildirib.

Fransada siyasi skandalları ortaya çıxaran "Canard Enchaine" qəzeti isə Sarkozinin qanunla bağlı Konstitusiya Məhkəməsinə gedə biləcəyini deyən Milli Assambleyanın rəhbəri Bernard Ekkoyeyə təzyiq edərək bu fikirdən daşındırdığını yazıb.

"Türk dostu" kimi tanınan keçmiş Senat sədri Jerar Larşenin son anda Konstitusiya Məhkəməsinə müraciəti imzalamamasının səbəbi də məlum olub. Sarkozinin Larşeyə xüsusi vəzifə verəcəyi bildirilib.

Preizdent bundan əvvəl də Nazirlər Kabinetinin iclasında mübahisəli qanuna dəstək verməyən nazirləri danlayıb.

Konstitusiya məhkəməsi hökuməti sürətləndirilmiş prosedur istəməyəcəyi təqdirdə qanunla bağlı qərarını bir ay içində verməlidir. Konstitusiya Məhkəməsi qanunu ləğv edərsə, Sarkozinin yeni bir qanun hazırlamasının texniki baxımdan çətin olacağı bildirilir. Çünki Fransa parlamenti ölkədəki prezident və parlament seçkiləri səbəbilə fevralın sonunda tətilə çıxacaq.

OXŞAR XƏBƏRLƏR