Sarkozinin Azərbaycana səfəri başlayır

Sarkozinin Azərbaycana səfəri başlayır
Bütün Xəbərlər
10:35 07.10.2011
1519

Bu gün Fransa prezidenti Nikola Sarkozi Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində Bakıya gələcək. Onun dayanacağı İrəvan olacaq. Səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Cənubi Qafqazdakı münaqişələrin nizamlanması da Fransa liderinin səfəri zamanı diqqət mərkəzində olacaq. Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı gözlənilir. Yeni yaradılacaq təhsil müəssisəsində uşaq baxçasından başlayaraq, litseyədək tam fransız dili təhsili verilməlidir. Azərbaycan və Fransa Təhsil nazirliklərinin birgə layihəsində Azərbaycan Dövlət Neft Şirkəti də iştirak edir. Bakıda Azərbaycan və Fransa dövlət başçılarının əvvəlcə təkbətək danışıqlar aparacağı, sonra isə geniş tərkibdə görüşün keçirilməsi gözlənilir. Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakrə ediləcək. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti danışıqlar prosesinin perspektivləri ilə bağlı mövqeyini açıqlayacaq. Fransa prezidentini səfərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri və bir neçə nazir mühayiət edəcək. Nikola Sarkozi Bakıdan Tiflisə yollanacaq və bununla da Fransa prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri başa çatacaq. Bu gün Fransa prezidenti Nikola Sarkozinin rəsmi səfəri ilə əlaqədar olaraq saat 11:00-dan Bakının bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Tədbir başa çatanadək Beynəlxalq Hava Limanından Aeroport şosesi, Mərdəkan, Buzovna, Zağulba, Böyük Şor şosseləri, Heydər Əliyev prospekti, 10-cu Zavod dairəsi, Yusif Səfərov küçəsi, Neftçilər və Nobel prospektləri, Afiyəddin Cəlilov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı Yol Polisi sürücülərdən göstərilən yollar üzrə avtomobillərin parklandırılmamasını, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadəni və bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət etməyi xahiş edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
13:45 03.04.2026
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
13:42 03.04.2026
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
13:21 03.04.2026
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
13:08 03.04.2026
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
13:03 03.04.2026
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
13:02 03.04.2026
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
12:57 03.04.2026
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
12:53 03.04.2026
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
12:48 03.04.2026
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
Azərbaycana turist axını azalıb
12:40 03.04.2026
Azərbaycana turist axını azalıb
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
12:36 03.04.2026
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
12:34 03.04.2026
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
12:12 03.04.2026
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
11:58 03.04.2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
11:47 03.04.2026
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB
11:42 03.04.2026
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB