Sarqsyan seçkilərdə iştirak etməyəcək və Koçaryanı dəstəkləməyəcək

Sarqsyan seçkilərdə iştirak etməyəcək və Koçaryanı dəstəkləməyəcək
DÜNYA
10:32 31.03.2021
403
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın sədri olduğu Respublikaçılar Partiyası iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacaq.

Məqalədə qeyd olunub ki, S.Sarqsyan yaxın ətrafına seçkilərdə iştirak etməyəcklərini və keçmiş prezident Robert Koçaryanı dəstəkləməyəcəklərini deyib. O bildirib ki, Vətən Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyana dəstək vermək niyyətindədirlər.

Respublikaçılar Partiyasının tanınmış simaları isə bəyan edib ki, S.Sarqsyan seçkilərdə şəxsən iştirak etməzsə, onlar R.Koçaryanın başçılıq etdiyi siyahı üzrə namizəd olacaqlar.

Qəzetin yazdığına görə, keçmiş baş nazir Vazgen Manukyanın başçılıq etdiyi "Vətənin xilası uğrunda hərəkat”da vahid siyahı ilə bağlı fikir ayrılığı var.
 
///Report
OXŞAR XƏBƏRLƏR