AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.
Alıcıların bəziləri qiymətin baha olmasından narazıdır, bəziləri isə qiymətin münasib olduğunu bildirir.
Qida üzrə mütəxəssis Eyyub Hüseynov deyir ki, qarpız alarkən diqqətli olmaq lazımdır ki, sonradan zəhərlənmə olmasın:
"Nitratların miqdarı 60 milliqramdan çox olanda, əgər ondan çox istifadə olunarsa, zəhərlənmə verə bilər.
İstehlakçılar bilməlidirlər ki, nitratlanmış qarpızlar çox böyük olur, qabığı qalın olur (təxminən yarım santimetrdən artıq), içərisi çəhrayı rəngdə olur və içərisində yoğun zoğlar olur. Bıçaq vuranda tez partlamır".
Satıcılar bildiriblər ki, bir neçə gündən sonra qarpız kütləvi satışa çıxarılacaq və bu zaman qiymətlərdə enmə müşahidə olunacaq.











































