Savadlı müəllimlər məktəblərdən uzaqlaşır (KÖŞƏ)

Savadlı müəllimlər məktəblərdən uzaqlaşır (KÖŞƏ)
KÖŞƏ
19:51 09.09.2011
1964
Bu il iyunun 17-də mərkəzləşdirilmiş qaydada attestat imtahanı verdim. Neçə illərdir ki, bu imtahanın həyacanı ilə yaşayırdım. Yəqin ki, 11-ci sinifdə oxuyan başqa məktəblilər də mənim kimi. Bütün bu həyacanlar bizə böyük psixoloji zərbə vurur. Axı, məktəblilərin demək olar ki, hamısı 9-cu sinifdən başlayaraq qəbul imtahanlarına hazırlaşır. Ona görə də, məktəbə yox, kənar müəllim yanına üz tutur. Qəbul imtahanı zamanı da, hər bir şagirddən seçdiyi qrupa uyğun olaraq 5 fənni mükəmməl bilmək tələb olunur. Mərkəzləşdirilmiş qaydada attestat imtahanı verən məktəbliyə isə 8 fənni əhatə edən suallar tədqim edilir. “3” almaq üçün suallara 20 faizdən yuxarı düzgün cavab verməlisən. Təbii ki, hər bir orta məktəb məzunu qəbul imtahanı zamanı ondan tələb olunacaq fənnlərdən əlavə, digər fənnlərin suallarına da cavab verməyə borcludur. Amma mövcud təhsilimiz buna imkan vermir. 9-11 ci siniflərin sinif otaqları uşaq üzünə həsrət qalır axı… Qara bayramHər ayın axırı abituriyentin valideyninə “Hazırlıq pulunun vaxtı çatıb” deməsi qara bayrama çevrilir. Axı, aylıq gəliri 350-400 manat təşkil edən ailə öz uşağına 5 fənndən repititor necə tutsun?! Hər bir fənndən repetitorun qiyməti 50-70 manat arası dəyişir. Uşağının və özünün başının aşağı olmasını istəməyən ailələr məcbur olub, boğazından kəsib bu pulu verir. Nəticənin yaxşı olacağına isə, heç kim zəmanət vermir.… Amma heç bir repititor yanına getmədən ali məktəbə daxil olan şagirdlərimiz də var. Elə qonşumuz Fəridəni götürək. Atasız böyüyən Fəridə repititor yanına getmədən Azərbaycan Beynəlxalq Universitetinin neft fakultəsinə daxil olmuşdu. Özünün dediyinə görə o, hər il 700 manata yaxın təhsil haqqı verirdi. Təəssüf ki, keçən il həmin universitetin fəaliyyəti dayandırıldı, burada təhsil alan tələbələri başqa universitetlərə köçürdülər. Axrıncı kursda oxuyan Fəridə üçün bu dəhşətli bir xəbər idi. “Başqa” universitetdə ondan 2000 manat təhsil haqqı tələb olunurdu… Nəticədə, bu pulu verə bilməyən axırıncı kurs tələbəsinin universitet məzunu olmaq arzusu ürəyində qaldı…100 baldan az yığan abituryentlər…Bu il attestat imtahandan uğursuz nəticə əldə edən şagirdlərində sayı az deyildi. Onların ali məktəbə hazırlaşdıqları 2 il ərizndə hər ay repititora verdikləri pul da boşa getdi… Ötən illərdə attestat imtahanı sanki bu ilki qədər ciddi olmayıb. 2009-cu ildə məktəbi bitirən Laləzarın etiraf etdikləri mənə bunu deməyə imkan verir: “Hər şey əla idi. Hamı özü ilə imtahana telefon aparmışdı. Yaxşı da köçürdük, əla qiymətlər aldıq…”. Bu il isə, tam əksinə oldu. Telefondan istifadə etməyə icazə vermədilər. Elə qapıdaca telefonları nəzarətçilərə təhvil verib, imtahana daxil olmuşduq. Amma etiraf etmək lazımdır ki, yenə də köçürənlər vardı … Biz abituriyentlər attestat imtahanında çulumuzu sudan çıxarmağa nail olsaq da, qabaqda bizi daha ciddi, daha önəmli bir imtahan gözləyirdi. Ali məktəbə qəbul imtahanı. Bu imtahan valideyinlərimizin, yaxınlarımızın başını uca edə biləcək imtahan idi… Qəbul imtahanı zamanı abituriyentlərin zəif nəticə göstərməsi elə təhsilimizin acınacaqlı vəziyyətini və attestata yazılan qiymətlərin şişirdilməsini bir daha sübüt edir. TQDK-ın sədri Məleykə Abbaszadə də imtahanlardan sonra “imtahanda 0-100 bal yığan abituriyentlərin attestat qiymətləri “2” yuxarı olmamalı idi” dedi…Təki diplom olsun…Bu gün cəmiyyətimizdə elə bir fikir formalaşıb ki, ali məktəbə daxil olmayan abituryentin həyatı puç olur. Bəzən belə düşünən insanlara haqq qazandırıram. Axı ölkəmizdə hər hansı bir dövlət işinə qəbul olmaq üçün birinci savad deyil, hansı yollarla qazanılmasından asılı olmayaraq diplom tələb edirlər… Əgər belə olmasa idi, yaxınlarımdan birinin 6-cı sinfdə oxuyan uşağına Azərbaycan dili müəllimi qonaq sözünün kökünün “qon” olduğunu söyləməzdi. Təəssüf ki, müsahibim olan, 204 saylı orta məktəbdə Biologiya fənnini tədris edən “Əməkdar müəllim” Almaz Həsrətin səsləndirdiyi “Vətənimizə ali diplomlular ordusu yox, əsl vətəndaşlar ordusu lazımdır” fikiri öz qüvvəsini tədricən itirir… “Məcbur qalıb pul alırıq”Bir neçə ay bundan qabaq adının çəkilməsini istəməyən bir məktəb direktoru ilə söhbət edirdim. O: “Dövlət müəllimin məvacibini qaldırsın, sonra Avropa məktəblərinin təhsilindən söhbət açsın. Hazırda müəllimlik şərəfi çox alçaldılıbdır. 150-250 manat alarıq, evdəki balalarımızı acından öldürməliyik?! Məcbur qalıb pul alırıq. Kim deyirsə almır, yalandır… Savadlı müəllimlər də məktəblərdən uzaqlaşır. Niyə?! Çünki, onlar repititorluq sahəsinə üz tuturlar. 5 şagirdi 50 manata hazırlaşdırıb, 250 manat almaq yaxşıdır. Yoxsa, 1 ay işləyib 250 manat almaq..? ” Məktəbdə təhsil aldığım müddətdə, müşahidələrim göstərdi ki, burada pul verən dost, verməyən isə, düşmən kimi qiymətləndirilir… Görəsən rüşvət alan müəllimlər düşünmürlərmi ki, sabah həmin məktəbli də rüşvət hesabına bir vəzifəyə sahib olub, ondan rüşvət istəyəcək..?

P.S. Müəllimlik adını uca tutan müəllimlərin qarşısında baş əyirəm!

Cəfər MƏNSİMİ 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
18:21 11.03.2025
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
İradə İbrahimova gözəllik sirrini bölüşdü
18:10 11.03.2025
İradə İbrahimova gözəllik sirrini bölüşdü