“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri

“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
SOSİAL
13:19 05.10.2026
514
Bu gün 5 Oktyabr – Müəllimlər Günüdür.

Müəllim hər bir insanın həyatında xüsusi yeri olan şəxslərdən biridir. O, gələcəyin həkimini, müəllimini, jurnalistini, vəkilini, deputatını və digər peşə sahiblərini yetişdirir. Bəzən illər keçsə də, müəllimlərin bizə öyrətdiyi sözlər və verdiyi məsləhətlər yaddaşımızda qalır.

AZXEBER.COM bu münasibətlə Milli Məclisin deputatları arasında sorğu keçirib. Deputatlardan həyatlarında iz qoyan və heç vaxt unutmadıqları müəllimlərinin olub-olmadığını, həmin müəllimlə bağlı ən yaddaqalan xatirələrini soruşub.
 
 

Zahid Oruc: "Malik müəllim birinci sinifdən başlayaraq bizim müəllimimiz olmuşdu. Daha sonra riyaziyyat müəllimi Cahan müəllim... Mən yaxşı xatırlayıram, xüsusilə kimya müəllimimizin, tarix müəllimimizin müxtəlif dövrlərdə bizə qarşı olan sərtliyini çox qısa müddətdə dərk edirdik ki, onlar bizim mənən böyüməyimiz üçün belə davranırdılar. Ədəbiyyat müəllimimiz Cəlal müəllimin adını xüsusilə qeyd etmək istəyirəm. O, yetərincə bizə Azərbaycanın ədəbi həyatında mütəfəkkir insanlarını tanıda bilmişdi. Yaxud Rəna xanım Azərbaycan dilinin zənginliyini bizə ötürə bilirdi. Yetərincə özü, həyatdan tutmuş mədəniyyətə, kübarlığa və etik dəyərlərə malik olan bir insan idi. İndi o məktəb illərini xatırlayanda sadəcə nostalji hissi keçirmirik, həm də bunları necə gələcək nəslə ötürməliyik deyə düşünməliyik”.
 
 

Razi Nurullayev: "Mən İmişli rayonunun Xəlfəli kənd məktəbində dərs aldığım bütün müəllimlərimi bu gün böyük hörmət və xoş duyğularla xatırlayıram. İbtidai sinif müəllimim Qubuş müəllim idi. Onunla bağlı ən çox xatırladığım hadisələrdən biri bu gün də məni gülümsədir. Dərs başlamamışdan əvvəl bizdən bir vərəq istəyərdi. Uşaqlar da kim tez vərəq qoparıb müəllimə verəcək deyə dəftərlərinin ortasından vərəqləri tələsik qoparardılar. Qubuş müəllim həmin vərəqləri götürüb hər gün pullarını onlara bükərdi. Uşaqlıq yaddaşımda qalan çox sadə, amma çox doğma bir səhnədir. Dil və ədəbiyyat müəllimim Famil müəllim isə mənim üçün xüsusi müəllimlərdən biri olub. Yazı xəttim heç vaxt yaxşı olmayıb. Famil müəllim də bunu tez-tez mənə xatırladardı. Bir dəfə demişdi: "Savadlısan, gələcəkdə yaxşı bir mənsəb sahibi də ola bilərsən. Amma bu pis xəttin həmişə başına bəla olacaq”. Bu sözlərini bu gün də xatırlayıram.
Həmin vaxt adi bir irad kimi səslənən bu cümlə sonralar yaddaşımda qalan müəllim sözlərindən birinə çevrildi. Məktəbimizin direktoru Ərkivan müəllimin də üzərimizdə böyük zəhməti olub. Onu həm yaxşı müəllim, həm də məktəb rəhbəri kimi böyük hörmətlə xatırlayıram. Rus dili müəllimimiz İbadulla müəllim isə ciddi və tələbkar idi. O zaman onun sərtliyi bizə bəzən ağır gəlirdi. Bu gün isə düşünürəm ki, həmin tələbkarlığın bizim formalaşmağımızda böyük rolu olub. Xəlil müəllim, Səxavət müəllim, Ümidvar müəllim, Kamal müəllim, Mehman müəllim və adlarını burada sadalaya bilmədiyim bütün müəllimlərimin mənim həyatımda müəyyən izi var. Onların hər birindən nəsə öyrənmişik və hər biri məktəb illərimizin bir parçasıdır”.
 
 

Ceyhun Məmmədov: "Bu, özü böyük xoşbəxtlikdir ki, bizə dərs deyən, bizə tərbiyə verən bütün müəllimləri mən çox xoş xatirələrlə xatırlayıram. Mən fərqləndirmək istəməzdim, amma bir çox müəllimlərimizi qeyd etmək istəyirəm ki, onlar bizim həyatımızda çox böyük rol oynayıblar. Bütün müəllimlərimiz doğmadır, hər birini istisnasız sevirik. Fatimə müəllimə, Allahverdi müəllim, Xanlar müəllim və sonrakı dövrdə Yeganə müəllimə, Ələkbər müəllim və digər müəllimləri deyə bilərəm ki, onların hamısı bizim həyatımızda çox böyük rol oynayıblar və iz buraxıblar. Ola bilər, hansı müəllimləri mən xatırlamıram, unutdum, amma bunların hər birisi bizim üçün olduqca dəyərli, olduqca vacib şəxslərdir. Həyatda olanlara can sağlığı, dünyasını dəyişənlərə rəhmət diləyirəm”.
 
 

Hikmət Babaoğlu: "Mənim ən yadda qalan müəllimim orta məktəbdə bizə dərs deyən tarix müəllimim Ənvər Məmmədov olub. O, bizə sadəcə sovet dövründə tərtib edilmiş tarix kitablarından dərs vermirdi. Tarixə münasibətdə həm də öz mövqeyini, öz düşüncələrini bizə çatdırırdı. Və bu, çox vaxt sovet ideologiyası ilə ziddiyyət təşkil edirdi. Ərəb işğalı dövrünü anlatdıqdan sonra tarix müəllimimiz Ənvər müəllim çox maraqlı bir cümlə qurdu. Ateizmin qırmızı dalğasının qabağını kəsdiyi bir vaxtda dedi ki, əgər doğrudan da dünyada bir peyğəmbərə bənzər bir insan varsa, o da Məhəmməd peyğəmbərdir. Məncə, o dövrdə bu fikri səsləndirmək böyük cəsarət tələb edirdi. Və bu cəsarəti mənim tarix müəllimim nümayiş etdirdi. Mən müəllim ailəsində doğulmuşam, ilk müəllimim atam olubdur. Ona görə də müəllim həmişə mənim üçün müqəddəsdir. Bütün müəllimlərin Müəllimlər Günü mübarək olsun”.
 
 

Fəzail İbrahimli: "Orta məktəb illərimdə, 5-ci sinifdə oxuyurdum. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən Təyyar müəllim təyin olunmuşdu. Jurnal üzrə ilk dərs çağırırdı, kim dərsə hazırdırsa, soruşdu. Bilməyənləri sıraya düzdü. Mən hazır idim, dərsə məni təşəkkür etdi və mənə «5» yazdı. Elan etdi ki, dərsi bilməyən heç bir şagird mənim dərsimdə oturmayacaq. Azərbaycan dilində bu gün sərbəst danışa bilirəmsə, yaza bilirəmsə, həmişə onun ruhuna rəhmət oxuyuram. Ali məktəbdə də Əbdülhüseyn Mənsumov adlı müəllim vardı. Auditoriyada elan etmişdi ki, hər hansı sualınız olsa, mənə əliniz çatmasa, auditoriyada Fəzail var, ondan soruşun. Bu, bir dünya idi, mənə bağışladı, üstümdə bir yük oldu. Və bu söz mənə ali məktəbi qırmızı diplomla bitirməyimə səbəb oldu. Həyatda olanların canları sağ olsun, dünyasını dəyişənlərə rəhmət diləyirəm”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:49 05.10.2026
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
Ramil Usubovun ailəsində - ağır itki
12:46 05.10.2026
Ramil Usubovun ailəsində - ağır itki