“Savaşı durdurun, Avropaya gəlmək istəmirik” - 13 yaşlı suriyalıdan dünya liderlərinə

“Savaşı durdurun, Avropaya gəlmək istəmirik” - 13 yaşlı suriyalıdan dünya liderlərinə
Bütün Xəbərlər
17:25 03.09.2015
971

Yüz minlərlə qanunsuz miqrantın Avropaya axını son vaxtlar qərb gündəminin əsas mübahisəli mövzusu olaraq qalır.

AZXƏBƏR.COM-un məlumatına görə qafqazinfo  xarici KİV-ə istinadən xəbər verir ki, bir sıra Avropa ölkələri qanunsuz miqrantların ölkəyə daxil olmasına qadağa qoyur, Almaniya kimi bir sıra ölkələrdə isə miqrantların üçün yaradılan düşərgələrə hücumlar təşkil edilir, tibbi xidmət göstərilmir, miqrantlar düşərgələrdəki soyuqdan, aclıqdan, natəmizlikdən və onlara qarşı məhbus kimi davranılmasından şikayət edirlər.

Macarıstan isə iki gündür ki, qanunsuz miqrantların sərhəddə başlatdıqları etiraz aksiyasından sonra qapılarını onların üzünə açıb. Belə ki, Macarıstan onları Almaniya və Avstriyaya götürəcək qatara minmələrinə mane olmağa çalışıb.

Ümumilikdə isə Avropaya gələn miqrantların sayı rekord həddə çatıb. Təkcə iyul ərzində Avropa İttifaqı ölkələrinə 107,5 min insan axın edib. Almaniya isə bu il azı 800 min miqrantı qəbul etməyə hazırlaşır.

Suriyadan qaçan və Macarıstan sərhədində buraxılmasını gözləyən 13 yaşlı Kənan isə bütün dünya liderlərinə müraciət edib. O, pənah apardıqları ölkələrdə xoş münasibət görməməsindən şikayətlənib:

“İnsanlar suriyalıları sevmir. Serbiya, Macarıstanda, Makedoniyada, Yunanıstanda da. Mesajım odur ki, suriyalılara yardım edin. Onların təcili yardıma ehtiyacı var. Sadəcə müharibəni dayandırın, biz Avropaya gəlmək istəmirik. Yetər ki, savaşı dayandırasınız”.

OXŞAR XƏBƏRLƏR