Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb.
AZXEBEr.COM xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Səfər proqramına uyğun olaraq Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası və digər yüksəksəviyyəli tədbirlər keçiriləcək.
Mirziyoyev, həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.