Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır

Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır
SİYASƏT
11:29 29.06.2026
1192
Türk dünyasının qədim və zəngin tarixinə, elmi və mədəni irsinə, onun mənəvi dəyərlərinə və tarixi inkişaf yoluna layiqli töhfə vermək məqsədilə bir araya gələn siz dəyərli insanları bugünkü konqresin açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində deyilir.

Qeyd olunub ki, bundan bir əsr əvvəl, 1926-cı ildə Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultay dilçilik, etnologiya, tarix, türk xalqlarının ədəbiyyatı, incəsənəti və mədəni həyatı ilə bağlı yeni bir dövrün başlanğıcını qoyan böyük tarixi hadisə olub:

"Məşhur özbək alimi, böyük mütəfəkkir və Türküstan ziyalısı olan alimlərin bu qurultayda iştirak etməsini biz hər zaman böyük fəxr hissi ilə xatırlayırıq.

Türküstan şəhərində qurulan bu cəmiyyətin Türk dünyası üçün göstərdiyi böyük xidmətləri yüksək qiymətləndiririk.

Həqiqətən də, XIX əsrin sonu – XX əsrin əvvəllərində böyük maarifpərvər İsmayıl Qaspıralının həyata keçirdiyi işlər Türk dünyasında güclü milli oyanış hərəkatının əsasını qoydu. Bu hərəkatın sıralarında Özbəkstandan Mahmud Xoca Behbudi, Əbdürrauf Fitrət, Münəvvər Qari Əbdürrəşidxan, Abdulla Xoca, İshaqxan İbrət, Abdulhəmid Çolpan və Abdulla Qodiriy kimi fədakar ziyalılar fəal iştirak edərək türk xalqları arasında elm, maarif, təhsil, mədəni inkişaf və tərəqqi ideyalarının geniş yayılmasına böyük töhfələr verdilər.

Onlar olduqca ağır və mürəkkəb şəraitdə məktəblər, qəzet və jurnallar, muzeylər, kitabxanalar, teatrlar yaradaraq, təhsil və hüquq sistemlərinin islahatı istiqamətində çalışdılar. Bədii əsərləri, elmi araşdırmaları və ictimai-siyasi fəaliyyətləri ilə Türk dünyasının müasir dövrə keçidində mühüm rol oynadılar.

Təəssüf ki, repressiv siyasət nəticəsində bu qəhrəman əcdadlarımızın böyük bir hissəsi ağır faciələrə məruz qaldı. Lakin onların ali ideyaları, elmi irsi və maarifçilik ənənələri bu gün də bizim üçün örnək mənbəyi olaraq qalır.

Yeni dövrdə tarixi ədəbiyyatların, cədid nümayəndələrinin irsinin dərindən öyrənilməsi, onların elmi və ədəbi əsərlərinin geniş tədqiq olunması, müqəddəs adlarının yad edilməsi və gənc nəslin onların mənəvi cəsarəti ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər həyata keçirilir.

Böyük şəxsiyyətlərimizin elmə, maarifə, açıq dünyagörüşünə, milli və ümumbəşəri dəyərlərə əsaslanan azad və firavan həyat uğrunda mübarizəsi, zəngin elmi-mədəni irsi bizim üçün böyük əhəmiyyət daşıyır.

Sözsüz ki, Türk dövlətləri ilə elm, mədəniyyət, təhsil və incəsənət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, ortaq keçmişimizin obyektiv şəkildə araşdırılması istiqamətində mühüm addımlar atılır.

Bu gün dünya yeni inkişaf mərhələsinə qədəm qoyarkən Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır. Xüsusilə süni intellekt, informasiya texnologiyaları, ortaq türk elektron resurslarının və elmi platformaların yaradılması, tarixi mənbələrin birgə araşdırılması, gənc türkoloq tədqiqatçıların dəstəklənməsi və akademik əməkdaşlıq proqramlarının genişləndirilməsi müasir yanaşmalar və səylərimizi birləşdirməyi tələb edir.

Bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Türk dövlətlərinin elmi-tədqiqat mərkəzlərinin iştirakı ilə Türk dünyası maarifçilərinin irsinin öyrənilməsi üzrə beynəlxalq elmi layihənin yaradılmasını, cədid hərəkatı nümayəndələrinin əsərləri və tarixi sənədlərinin vahid rəqəmsal arxiv fondunun formalaşdırılmasını təklif edirik.

Əminik ki, bu möhtəşəm konqres iştirakçılarına elmi və yaradıcılıq fəaliyyətlərində uğurlar, qurultayın işinə isə böyük nailiyyətlər gətirəcək".
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
07:12 29.10.2026
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Maduronun işinə baxan hakim vəfat edib
07:00 29.10.2026
Maduronun işinə baxan hakim vəfat edib
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
06:48 29.10.2026
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
05:33 29.10.2026
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
05:20 29.10.2026
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
04:46 29.10.2026
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Yaponiyada güclü zəlzələ baş verib
04:36 29.10.2026
Yaponiyada güclü zəlzələ baş verib
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
04:23 29.10.2026
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb