Haiti Prezidentini öldürənlər danışdı - VİDEO

Haiti Prezidentini öldürənlər danışdı - VİDEO
DÜNYA
11:56 09.07.2021
1532
Haiti prezidenti Jovenel Moizin öldürülməsi ilə əlaqədar saxlanılan amerikalılar dindirilmə zamanı dövlət başçısına edilən hücumda əsas məqsədi açıqlayıblar. Onların sözlərinə görə, muzdluların hədəfi ölkə rəhbərini öldürmək olmayıb.

Bu barədə "Nouvelliste” istintaqda iştirak edən hakimə istinadla xəbər verib.

Məlumata görə, saxlanılanlar arasında Haiti əsilli iki amerikalı da var.

"Onlar tərcüməçi olduqlarını deyirlər. Muzdluların məqsədi prezident Moizi istintaq hakiminin fərmanı ilə həbs etmək idi, öldürmək yox”, - deyə hakim Klement Noel bildirib. Söhbətin hansı əmrdən getdiyi isə açıqlanmır.

Noelin sözlərinə görə, şübhəlilərdən biri bu işi internetdə tapdığını bildirib. O, Haitiyə bir ay əvvəl, muzdlular isə üç ay əvvəl girib.

Hakim eyni zamanda qatillərin olduğu iddia edilən avtomobillərdə aparılan axtarışların nəticələrindən də danışıb. Onun sözlərinə görə, orada odlu silahlardan və dollarlardan əlavə, Moizin evində quraşdırılmış müşahidə kamerasının serveri və birinci xanımın çek dəftəri də tapılıb.
 
Qeyd edək ki, cinayətlə əlaqədar Haiti hüquq mühafizə orqanlarının əməkdaşları 26-sı Kolumbiya vətəndaşı olduqları iddia edilən 28 cinayətkarı təsbit etdiklərini bildiriblər. Tayvan səfirliyi, öz növbəsində, 11 şübhəlinin diplomatik nümayəndəlik ərazisində saxlanıldığını xəbər verib. Ümumilikdə 17 şübhəli nəzarətə alınıb, daha yeddi nəfər polis əməliyyatları zamanı məhv edilib.

Xatırladaq ki, Haiti prezidenti iyulun 7-də gecə evinə edilən hücumda ölümcül yaralanıb. Onun həyat yoldaşı Martine Moizin vəziyyəti ağırdır. Prezidentin öldürülməsindən sonra, müvəqqəti prezident seçilənə qədər hökumətə Nazirlər Kabineti rəhbərlik edəcək.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu