Türkiyədə istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent sosial media hesabında paylaşım edərək haqqında yayılan iddialara münasibət bildirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Levent şəxsi həyatı ilə Ahbap Dərnəyi arasında əlaqə qurulmamasını istəyib.
O bildirib ki, saxlanılmazdan əvvəl və son 15 gün ərzində hər gün Türkiyənin daxili işlər nazirinin müavini Bülent Turana mesaj göndərərək Ahbap Dərnəyinin fəaliyyətinin zəlzələ dövründən bu günə qədər yoxlanılmasını xahiş edib.
"Şəxsi borc-alacaq münasibətlərimi Ahbap ilə əlaqələndirməyin. Gəlin, zəlzələ dövründən bu günə qədər hər şeyi yoxlayın və nəticələri ictimaiyyətlə paylaşın" deyə Levent qeyd edib.
O, həmçinin yaxın günlərdə daha geniş açıqlama verəcəyini bildirərək, "Əsl bombanı gözləyin. Bu prosesin necə başladığını öyrənəndə hər kəs təəccüblənəcək", ifadələrini işlədib.
Haluk Levent bir daha vurğulayıb ki, şəxsi maliyyə münasibətlərinin Ahbap Dərnəyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və zaman keçdikcə həqiqətin üzə çıxacağını bildirib.
Gülay










































