Saxlanılan şəxs polis şöbəsində özünü yandırmaq istəyib

Saxlanılan şəxs polis şöbəsində özünü yandırmaq istəyib
Bütün Xəbərlər
18:32 26.12.2011
1997
Bu gün Biləsuvar rayon polis şöbəsində saxlanılan şəxs özünü yandıraraq intihara cəhd edib. Rayon polis şöbəsinin rəisi Saleh Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, rayon sakini 1983-ci il təvəllüdlü İlqar Zöhrab oğlu Qasımov 6 ay ərzində axtarışda olub. Nəhayət bu gün polis tərəfindən yaxalanaraq şöbəyə gətirilib. Lakin saxlanılan şəxs şöbədə dava salaraq polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib. Polis intihara cəhdin qarşısını alıb. İstintaqı aparan müstəntiq Tahir Şahbazovun ANS PRESS-ə verdiyi məlumata görə, İlqar Qasımov barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsilə cinayət işi açılıb. Biləsuvar Rayon Məhkəməsi İ. Qasımovun psixi cəhətdən probleminin olub olmamasını yoxlanması barədə qərar çıxarıb. Lakin İ. Qasımov bundan imtina edib və polisdən gizlənib. Hazırda İ. Qasımov barəsində Biləsuvar rayon Məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib və o, Bakıya 1 saylı istintaq təcridxanasında göndərilib.
OXŞAR XƏBƏRLƏR