Şaxta baba bağçada uşaqlara hədiyyə paylayarkən öldü

Şaxta baba bağçada uşaqlara hədiyyə paylayarkən öldü
DÜNYA
12:46 27.12.2019
4575
Rusiyada Şaxta baba uşaqlara hədiyyə paylayarkən ölüb.

U-f.ru-nun xəbərinə görə, hadisə Murmansk vilayətinin Severomorsk şəhərində baş verib.

Uşaq bağçalarından birində tamaşa zamanı hədiyyələr paylayan Şaxta baba rolunu oynayan 51 yaşlı bir kişi qəfildən ölüb.

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR