Şaxta baba olmaq istəyənlər hara müraciət etsin?

Şaxta baba olmaq istəyənlər hara müraciət etsin?
Bütün Xəbərlər
15:20 07.12.2012
2548
Yeni il bayramı ərəfəsində Bakıda bütün satış məntəqələri, ticarət obyektləri, dükan və bazarlara nəzarət gücləndiriləcək. Dekabrın 15-dən paytaxt ərazisində xüsusi reyd və monitorinqlərin keçirilməsinə başlanacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, reydlər həm Yeni il aksesuarları,yolka, oyuncaqlar, həm də ərzaq məhsullarının satıldığı ərazilərdə aparılacaq. “Qarşıdan gələn yeni il bayramı münasibətilə bəzi yerlərdə, xüsusilə metro çıxışlarlarının qarşısında küçə ticarətilə məşğul olanlara rast gəlinir. Lakin bizim nümayəndələr bunun qarşısını alacaqlar. Reydlər zamanı belə hallar aşkarlanarsa, həmin şəxslər inzibati qaydada cərimələnəcək. Əgər bu hal dəfələrlə təkrarlanırsa, onda həmin şəxs haqqında daha ciddi tədbirlər görüləcək”. Ə.Bağırovun sözlərinə görə, artıq bayramda Bakıda Şaxta baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb. “Adətən müraciətlər heyət tərəfindən edilir. Bu heyətə Şaxta baba, Qar qız və fotoqraf daxil olur. İndiyədək Bakıda 12 heyət Yeni il günlərində Şaxta baba, Qar qız və fotoqraf kimi fəaliyyət göstərmək üçün müraciət edib. Müraciət üçün son gün dekabrın 15-i olacaq. Dekabrın 15-dən sonra artıq lisenziyalar veriləcək. Əgər yolkalar qurularsa, heyət həmin vaxtdan başlayaraq, yanvarın 13-nə kimi fəaliyyət göstərə bilər. Şaxta baba, Qar qız və fotoqraflar üçün lisenziyanın qiyməti ayrı-ayrılıqda 60 manatdır”, - deyə Əlabbas Bağırov bildirib. Bayram ərəfəsində insan sağlamlığına zərərli yeni il hədiyyələrinin, bayram atributlarının da satışının qarşısı alınacaq. Bu baxımdan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları da reydlərə başlayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, reydlər Yeni il bayramında əhalinin təlabatının daha çox olduğu ərzaq və digər məhsulların satışına yönəldiləcək. “Bayramda yağ, ət, düyü, quru meyvələr və s. ərzaq məhsullarına, o cümlədən bayram artibutlarına, yolka, oyuncaqlara təlabat artır. Bunun üçün də həmin məhsulların satışı artacaq. Eyni zamanda qanunsuz satışlara da rast gəlmək mümkün olacaq. Təbii ki, bu zaman istehlakçıların aldadılması kimi hallar da ola bilər. Bunun qarşısını almaq üçün mütəmadi olaraq reydlərin keçirilməsinə başlanacaq”. A.Əliyev həmçinin onu da bildirib ki, nəzarət zamanı məhsulların keyfiyyəti, insan sağlamlığı üçün zərərsiz olması, eyni zamanda qiymət artımına diqqət yetiriləcək. Bundan başqa, dövlət tərəfindən bayram məhsullarının satışı təşkil olunacaq. Bayram məhsullarının satışı əhalinin sıx olduğu ərazilərdə keçiriləcək. Hələlik isə həmin ərazilər dəqiqləşdirilməyib. Bundan başqa, Yeni il hədiyyələrilə bağlı dekabrın 22-dən yoxlamalara başlanılacaq. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hər il hədiyyə verilən yerləri dəyişdirildiyi üçün yoxlamaların dəqiq harada keçiriləcəyi məlum deyil. Yoxlamalar zamanı əsasən vaxtı keçmiş, insan sağlamlığı üçün təhlükə törədən ərzaq məhsulları, uşaqlar üçün hazırlanan hədiyyələr yoxlanılacaq. Yoxlamalar seçmə üsulla aparılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib