Saxta diplom satan 15 ilin deputatı baş həkimə uduzur -VİRTUAL SƏSVERMƏ

Saxta diplom satan 15 ilin deputatı baş həkimə uduzur -VİRTUAL SƏSVERMƏ
Bütün Xəbərlər
15:37 24.10.2015
4489
Azərbaycanda Parlament seçkilərinə sayılı günlər qalır.
AZXEBER.COM xəbər verir ki, seçki öncəsi ən gərgin mübarizənin müşahidə olunduğu dairələrdən biri də 118 saylı Ağdam şəhər seçki dairəsidir. Bu dairədə hazırki millət vəkili Bəxtiyar Əliyev ilə Gülnar Abbasova şanslı hesab olunur.Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan Gülnar Abbasova ağdamlılara çox yaxşı tanışdır və əhali arasında böyük nüfuza malikdir. Onun namizədliyinin hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi də təsadüfi deyil. Əvəzində isə Bəxtiyar Əliyevin vəziyyəti heç də ürəkaçan deyil. 
Milli Məclisin Elm və Təhsil Komisiyasının sədr müavini, AMEA-nın müxbir üzvi, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Psixologiy Kafedrasının müdiri vəzifələrini daşıyan Bəxtiyar Əliyevin növbəti parlament seçkilərində deputat mandatını qorumaqda israrlıdır. Deputat mandatı ona toxunulmazlığını təmin etmək və keçmiş fəaliyyətində yol verdiyi qanunsuz əməllərdən yaxa qurtarmaq üçün vasibdir.
Bəxtiyar Əliyevin ən zəif yeri Ağdamda daxilolmaqla ətraf rayonlara satdığı saxta diplomlar olduğu göstərilir. Belə ki, vaxtı ilə ölkə miqyasında ən çox saxta diplom satanlardan biri olan Bəxtiyar Əliyev həmçinin tələbə köçürülmələriinin də «xaç atalarından biri hesab olunur. Daxil olan məlumatda göstərilir ki, Bəxtiyar Əliyevin vaxtı ilə Sankt-Peterburq Xarici Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı fililını yaradaraq ona rəhbərlik edib. Həmin illərdə millət vəkili 7 minə yaxın tələbəyə saxta diplom verdiyi iddia olunur. Universitet isə millət vəkilinin iki otaqlı mənzilində yerləşib.
Həmin iki otaqlı mənzil-universitetdə təhsil alan bir çox tələbələr onun sayəsində ölkənin adlı sanlı universitetlərinə, o cümlədən Bakı Dövlət Universitetinə köçürülməyə nail olublar. Ancaq son illər təhsil nazirliyi tərəfindən dövlət işində işləyən bir çox şəxslərin diplomlarını yoxlaması Bəxtiyar Əliyevidə çətin vəziyyətə salmışdı. Onu qoruyan əsas faktor isə millət vəkili toxunulmazlığı olduğundan, Bəxtiyar Əliyev mandatını itirdikdən sonra həbs olunacağı ehtimalını da yox saymır. Çünki yüksək dairələrdə Bəxtiyar Əliyevi sevməyənlər çoxdur. Belə ki, o, zaman-zaman öz hamilərinin maraqlarını qorumaq üçün ölkənin qüdrətli şəxsləri ilə üz-üzə gəlib. Hazırda isə Bəxtiyar Əliyev qarşı tərəfin revanş edəcəyindən ciddi şəkildə əndişə edir. Çünki millət vəkilinin vətəndaşlara verdiyi diplomlar təhsil nazirliyinin diplom bankında qeydiyyata oturmayıb və həmin diplomlar saxta sayılır. Bu isə Bəxtiyar Əliyev üçün hər dəqiqə həbsxana qapılarını aça bilər.
Mənbə iddia edir ki, Təhsil Nazirliyi bir çox rayonlarda, xüsusən Qarabağ rayonlarında müəllim işləyən xeyli şəxslərin diplomlarını yoxlayan zaman xeyli sayda diplom saxta çıxıb. Saxta çıxan diplomların çox hissəsi isə Bəxtiyar Əliyevin “məzunları” olub. Aldığımız məlumata görə millət vəkili bütün gücü ilə dövlət qurumlaırnda çalışan məzunlarının saxta diplomlarının üzə çıxmamasına çalışır. Çünki diplomu saxta çıxan vətəndaş ilk növbədə Bəxtiyar Əliyevi günahkar çıxardaraq, ondna şikayətçi olacaq. Bu isə Milli Məclisin Elm və Təhsil Komisiyasının sədr müavini üçün arzuolunmaz bir haldır.
«Onsuzda Bəxtiyar Əliyevin kifayət qədər rəqibi və onun üstündən hər an xətt çəkmək üçün vürsət gözləyən düşmənləri var» deyə mənbə bildirir.
Bəxtiyar Əliyev son illər nədənsə seçiciləri ilə görüşlərə getmir. Millət vəkili sadəcə Ağdam icra hakimiyyətində keçirilən bəzi tədbirlərdən başqa demək olar ki, ictimaiyyət arasında görünmür. Məhz buna görədə rəqibləri artıq Bəxtiyar Əliyevin millət vəkili olmayacağı informasiyasını dövriyəyə buraxıblar. Bununla belə rəqiblərinin Bəxtiyar Əliyev üçün bəzi surpirizlərhazırladığı iddia edilir. Həmin surpiriz isə millət vəkilinin Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Füzuli və bir çox rayon sakinlərinə verdiyi saxta diplomlardır. Millət vəkilinin saxta diplomla təmin etdiyi şəxslər adını çəkdiyimiz rayonlarda dövlət qurumlarında yüksək vəzifə sahibləridir.
Mənbə iddia edir ki, “əgər rəqibləri Bəxtiyar Əliyevin saxta diplom verdiyi bir çox məmurları gündəmə gətirsələr o zaman millət vəkilinin seçkilərdə vəziyyəti o qədərdə ürəkaçan olmayacaq”.
Qeyd edək ki, bu haqda məlumatı AzMedia.info saytı bir müddət öncə yazmışdı.
AZXEBER.COM namizədlərdən hansının daha şanslı olması ilə bağlı kiçik araşdırma aparıb və məlum olub  ki, dairənin əsas favoriti YAP-ın namizədidir.
Belə ki, ictimai rəyi öyrənmək üçün baş tutan onlayn səsvermələrin hər birində xanım namizəd Bəxtiyar Əliyevi qabaqlayır.
AZXEBER.COM portalındakı səsvermədə Gülnar Abbasova 55,56 %, Bəxtiyar Əliyev isə 28,7 % səs yığıb.
Görünən odur ki, 15 ildir deputat olan Bəxtiyar Əliyevə artıq ağdamlıların inamı qalmayıb. Namizəd də bunu çox gözəl anlayır və köməkçiləri vasitəsilə seçicilərə söz göndərir ki, o artıq "dabro" alıb. Millət vəkilinin bu planı seçiciləri seçkidən yayındırmaq məqsədi daşıyır və o bu yolla qalib gələcəyini düşünür. 
Onlayn səsvermə üçün link: https://azxeber.com/vote/121
OXŞAR XƏBƏRLƏR